spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” devizi altında tədbir...

Şamaxıda “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” devizi altında tədbir keçirilib

Dərc tarixi:

“Şamaxı TV” xəbər verir ki, iyunun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonunu təmsil edən gənclər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər.

Sonra rəsədxananın iclas zalında keçirilən tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, narkomaniya ilə mübarizə hər bir sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdəndir. Narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaratdığı üçün gənclər bu bəladan uzaq olmalı, cəmiyyətin layiqli üzvü olmaq üçün sağlam həyat tərzini seçməlidirlər.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri Hikmət Şikarov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Şamaxı rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Səid Seyidov  və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ruslan Həsənov müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğu bildirilib, bu sahədə həyata keçirilən mübarizə tədbirləri ilə bağlı statistik məlumatlar təqdim edilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...