spot_img
spot_img
Əsas səhifəDigərYeni rektorlar kimlərdir?

Yeni rektorlar kimlərdir?

Dərc tarixi:

Prezident İlham Əliyev bu gün Bakı Mühəndislik və Sumqayıt Dövlət Universitetlərinə yeni rektorlar təyin edib.

“Şamaxı TV”nin məlumatına görə, dövlət başçısının müvafiq Sərəncamları ilə Yaqub Piriyev Bakı Mühəndislik Universitetinin, Rüfət Əzizov isə Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsinə təyin olunublar.

Yaqub Piriyev bundan əvvəl Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri, Memarlıq və İnşaat İnstitutunun Nəqliyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.

Digər yeni təyin olunan rektor Rüfət Əzizov isə bu vəzifəyə qədər Təhsil İnstitutunun direktoru idi.

R. Əzizov Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir. Eyni zamanda Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər