spot_img
spot_img
Əsas səhifəDigərXocalıya və Xankəndiyə qayıdış üçün hazırlıqlara başlanılıb - Fotolar

Xocalıya və Xankəndiyə qayıdış üçün hazırlıqlara başlanılıb – Fotolar

Dərc tarixi:

Xocalıya və Xankəndiyə Böyük Qayıdışla bağlı hazırlıq işlərinə başlanılıb.

“Şamaxı TV” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Goranboy rayonunda müvəqqəti məskunlaşmış, Xocalı və Xankəndidən olan məcburi köçkünlərlə keçirdiyi görüşdə məlumat verilib.

Bildirilib ki, görüşdə Xocalı İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak ediblər.

44 günlük Vətən müharibəsindən və Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, bölgədə sülh və reinteqrasiya şəraitində yaşamaq, dayanıqlı məskunlaşmaq və iqtisadi dirçəlişi təmin etmək üçün əlverişli imkan yaranıb.

Məcburi köçkünlük dövründə xocalılıların və xankəndililərin dövlət qayğısı ilə əhatə edildikləri, onların sosial müdafiəsinin və mənzil-məişət problemlərinin həllinin diqqət mərkəzində olduğu vurğulanıb, bu məsələlərə Prezident İlham Əliyevin də, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi həssaslıqla yanaşdıqları minnətdarlıq hissi ilə vurğulanıb. İşğaldan azad edilmiş ərazilərin dirçəlişinin, bərpasının və yenidən qurulmasının, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsinin, indi isə Xocalıya və Xankəndiyə geri dönüş imkanının yaramasının böyük ruh yüksəkliyi doğurduğu bildirilib.

İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, dağıdılmış şəhər və kəndlərin yenidən bərpa edildiyi, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastrukturun qurulduğu, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi Xocalıya və Xankəndiyə də Böyük Qayıdışın səmərəli şəkildə təşkili ilə bağlı hazırlıq işlərindən, dövlət başçısının bu barədə verdiyi tapşırıqlardan danışıb, görüş iştirakçılarının rəy və mülahizələrini dinləyib, suallarını cavablandırıb.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...