Azərbaycan tərəfindən Ağdamdan Xankəndiyə yanacaq göndərilib.
“Şamaxı TV” xəbər verir ki, SOCAR-ın yanacaq daşıyan iki avtomobili Xankəndiyə yola düşüb.
Avtomobillərdən birində benzin, digərində isə dizel yanacağı aparılır.
Qeyd edək ki, yanacaq Ağdam-Əsgəran-Xankəndi yolu ilə ünvana çatdırılacaq.
Baxış sayı: 125