
Son günlər dünyada yeni və daha ağır bir virusun ortaya çıxacağına dair yayılan məlumatlara rəsmi münasibət bildirilib.
“Şamaxı TV” APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva açıqlama verib.
O bildirib ki, rəsmi olaraq bizə hansısa yeni virus haqqında bir məlumat daxil olmayıb.