“Dünəndən başlayaraq Daxili İşlər Nazirliyinə vətəndaşlar tərəfindən nikbin müraciətlər daxil olur, antiterror tədbirlərini dəstəkləyirlər”.
“Şamaxı TV“ xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu gün keçirilən brifinqdə deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır:
“Onların yaydığı məlumatların 100 faizi yalandır. Həmin ərazidə olan tədbirlər yüksək dəqiqliklə aparılır“.