Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.
“Şamaxı TV” İTV-yə istinadən xəbər verir ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.
Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca… Tanıyarsan”, -deyib.
Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.
Həmin görüntüləri təqdim edirik: