Şamaxıda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda bayram tədbiri keçirilib.
“Şamaxı TV” xəbər verir ki, Şamaxı Uşaq İncəsənət Təhsili Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunmuş tədbirdə şəhid və qazi övladları, həmçinin rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən uşaqlar iştirak edib.
Öncə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov uşaqları təbrik edərək, bu gün ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam böyüməsi və inkişafı üçün yaradılmış şəraitdən söhbət açdı.
Sonra tədbir Şamaxı Uşaq İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin hazırladığı musiqi proqramı ilə davam etdirilib.