Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar regiona səfər edəcək.
“Şamaxı TV” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel “X” səhifəsində bildirib.
“Azərbaycanın antiterror tədbirlərini nəzərə alaraq mən Aİ-nin Xüsusi Nümayəndəsi Toivo Klaarı bölgəyə göndərmək qərarına gəldim. O, vəziyyətlə bağlı məlumat verəcək”, – Borrel yazıb