Hazırda Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası davam edir.
“Şamaxı TV” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər.
Buna görə parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Aksiya iştirakçılarının tələbi hökumətin “xarici agentlər” qanununu geri çəkməsi və saxlanılanların buraxılmasıdır.
Xatırladaq ki, ötən gündən başlayan aksiyada saxlanılanların sayı 76-ya çatıb.