Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməniəsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır.
“Şamaxı TV”nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
A.Eyvazov qeyd edib ki, bu məlumatlar dezinformasiya xarakteri daşıyır.