spot_img
spot_img
Əsas səhifəDigərŞahin Diniyev: "Sonuncu pillədə olmağımız təzyiq yaradır" - VİDEO

Şahin Diniyev: “Sonuncu pillədə olmağımız təzyiq yaradır” – VİDEO

Dərc tarixi:

“Psixoloji planda problemlərimiz var. Sonuncu pillədə olmağımız təzyiq yaradır”.

“Şamaxı TV”-nin məlumatına görə, bunu “Səbail” komandasının baş məşqçisi Şahin Diniyev Şamaxıda eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, komanda birinci hissədə tam istədiyi matçı sərgiləməyib: “İlk yarıda hesabda önə keçsək də, fasilədən sonra hər şey dəyişdi. Sol cinah müdafiəçimiz sıradan çıxdı. Turan Manafovun olmaması üzündən rotasiya edə bilmədik. İkinci hissənin startında komanda sanki sıxıldı, özünəinamı itirdi. Oyunçularımız çox çalışsalar da, alınmadı. Ruhdan düşmək olmaz, irəliyə baxmaq lazımdır. Problemləri aradan qaldırıb, yolumuza davam edəcəyik. Ümid edirəm ki, getdikcə daha yaxşı oynayacağıq”.

O, qış transfer pəncərəsində yaxşı futbolçular tapa bilmədiklərini söyləyib: “Yalnız bir oyunçu ilə kifayətləndik. Daxili bazarda istədiyimiz 2 futbolçu var idi. Sadəcə, klubları buraxmadı. Təklif olunan əcnəbilər isə çox zəif idi. Legioner yerli oyunçudan fərqlənməlidir. Həmin fərqi görmürəmsə, onu komandaya götürməyi lazım görmürəm”.

Diniyevin sözlərinə görə, iki həftəlik təlim-məşq toplanışında etdiklərinin qarşılığını qısa vaxt ərzində almaq mümkün deyil: “Qığılcımlar var. Oyunumuzu tam təkmilləşdirməliyik. Antalyada gördüyüm futbolu bu gün oynaya bilmədik. Komanda ikinci hissəyə çıxanda sanki yükün altında idi, qorxu hiss olunurdu. Zamana ehtiyac var. Düşünürəm ki, ilk 2-3 turdan sonra hər şey öz axarı ilə gedəcək”.

Baş məşqçi zədəlilərin durumuna da toxunub: “Ruslan Hacıyev hardasa 1,5 aylığına sıradan çıxıb. Ağabala Ramazanov 10 günə , Turan Manafov isə 2-3 həftəyə qayıda bilər. Həkimlər səylə çalışırlar”.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...