spot_img
spot_img
Əsas səhifəDigərSamir Abasov: "Sonra bunun arxasında dayanmaq var"

Samir Abasov: “Sonra bunun arxasında dayanmaq var”

Dərc tarixi:

Misli premyer-liqasının 22-ci turuna yekun vurulub.

“Sumqayıt” “Şamaxı”nı qəbul edib – 1:0. Oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Samir Abasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Vacib olan üç xal idi ki, onu da qazandıq. Birinci hissədə pis oynamadıq, əks-hücumlara imkan vermədik. İkinci yarıda bunu qola çevirməliydik. Çünki rəqib böyük üstünlüklə hücuma atılmışdı. Futbolçular zərbə vurmalıdı, ötürmə verir, ötürmə verməlidi zərbə vurur. Keyfiyyət məsələsi ikinci yarıda özünü göstərdi. Futbolçularımı təbrik edirəm”.

– Kamran Əliyevin oyunundan razı qaldınız?
– Özünü debüt münasibəti ilə təbrik etdim. Amma açıq deyim ki, Dieqo Karioka zədələnməsəydi, Kamran bu gün oynamayacaqdı. Fiziki durumu imkan vermir ki, oynasın. Bəlkə də, Dieqonun zədələnməsi Kamranın fiziki durumunu bərpa etməsini sürətləndirər. Oynadıqca artıracaq. Yaxşı və pis oynasaydı da, birinci matçıdır, başa düşmək olardı. Kamrana uğurlar arzulayıram. Allah qoysa, daha çox xeyrini görərik.

– “Sumqayıt” futbolçuları tez bir zamanda cərimə meydançasına daxil olur. Bunu qış fasiləsində düzəltdiniz?
– Mən gələnə qədər heç qol da vurmamışdıq. Bunun səbəbi cərimə meydançasına qədər gedib çıxmamağımız, hücum qurmamağımız idi. Burda böyük problemlərimiz var idi. Gecəmiz-gündüzümüz məşqlərdədi. Fikrimiz cərimə meydançasına daxil ola bilməkdi. Sonluğu gətirmək futbolçulardan asılıdı.Bu gün də ikinci yarıda əziyyət çəkdik. “Neftçi” ilə oyunda 6-7 nəfərlə cərimə meydançasına daxil olurduq, amma son ötürmə, son vuruşlarda axsıyırıq. Düzəldəcəyik. Düzəlməsə, bunları edən oyunçular bizə mütləq lazımdı. Bununla nəticə qazanmaq istəyirik.

– Masaki Muratanın oyunundan razı qaldız?
– Gəldiyi gündən ondan razıyam. Yarımmüdafiə xəttini gücləndirmək bir yana, deyərdim ki, düzəldib. Ondan çox razıyam. Murata soyuqqanlı oyunçulara çox ehtiyac var.

– Daha yaxşı transferlər ola bilərdi, yoxsa qışdakı transferlərdən razısız?
– Ən azından transferləri özüm etmişəm, narazı ola bilmərəm(gülür). Sonra bunun arxasında dayanmaq var. Hamısından razıyam.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...