spot_img
spot_img
Əsas səhifəDigərŞəhidimiz 31 il sonra Şamaxıda dəfn olundu

Şəhidimiz 31 il sonra Şamaxıda dəfn olundu

Dərc tarixi:

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elmar Məmmədov 31 ildən sonra Şamaxıda dəfn olunub.

“Şamaxı TV” xəbər verirki, otuz bir il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Daşaltı uğrunda gedən döyüşlər zamanı itkin düşən şəhid Məmmədov Elmar İnqilab oğlu ilə sentyabrın 30-da Şamaxının Cümə məscidində vida mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, media nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Elmar Məmmədovun nəşinin qalıqları rayonun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı oğluna təqdim olunub.

Qeyd edək ki, Elmar Məmmədov 1967-ci il mayın 25-də Bakıda dünyaya gəlib. O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Minlərlə vətəndaşımız kimi, Elmar da erməni separatçılarının ərazi iddialarına, Ermənistanda və Qarabağda öz doğma yurdlarından didərgin salınmış həmvətənlərinin əzablarına biganə qala bilməzdi. O, 1990-cı ilin Yanvar faciəsindən sonra silaha sarılıb və cəbhəyə yollanıb. Qəhrəman döyüşçü silahdaşları ilə birlikdə Tərtər, Goranboy, Quşçular və Malıbəyli uğrunda döyüşlərdə düşmənə ağır zərbələr endirib. Onun sonuncu döyüşü 1992-ci il yanvarın 26-da Daşaltı kəndində olub.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər