Prezident İlham Əliyevin Sərəncamı ilə Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edilib.
“Şamaxı TV” xəbər verir ki, Səadət Yusifova bu təyinatadək Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb.
2014-2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur.