spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda abidələrin qorunması və bərpası məsələləri müzakirə olunub

Şamaxıda abidələrin qorunması və bərpası məsələləri müzakirə olunub

Dərc tarixi:

“Şamaxı TV” xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda görüş keçirilib.

Daşınmaz tarix-mədəniyyət abidələrinin mühafizəsi, bu sahədə maarifləndirmə işinin təşkili, abidələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə keçirilən görüşdə hər iki qurumun əməkdaşları, bələdiyyə sədrləri, təhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayon ərazisində yerləşən abidələrin mühafizəsi, bərpa və konservasiyası istiqamətində görülən işlərlə bağlı geniş məlumat verib. Qeyd edib ki, son illər bu sahədə həyata keçirilən tədbirlər rayonun tarixi simasının qorunmasına xidmət edir.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva zəngin tarixi irsi olan Şamaxı rayonda yerləşən abidələrin mühafizəsi işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Tarixi irsin qorunması, bərpa-konservasiyası və bu sahədə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı aidiyyəti bütün dövlət orqanları, o cümləndən rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətin qurulacağını diqqətə çatdırıb.

Həmçinin görüşdə mədəni irsin mühafizəsinin vacibliyi, bu yöndə digər dövlət qurumlarının və vətəndaşların rolu və məsuliyyəti, mövcud problemlər və həlli yolları müzakirə olunub.

Tədbirdə Dövlət Xidmətinin fəaliyyətinin əsas istiqamətləri, abidələrin qorunması, bərpa və konservasiyasında dövlət siyasəti və Şamaxı rayonunda yerləşən mədəni irs nümunələrinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər barədə təqdimat nümayiş olunub.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Toplantıdan sonra Şamaxı rayonunda yerləşən “Pir Ömər Avaxıl” ziyarətgahı, Şahxəndan türbəsi, “Yeddi günbəz” və “Kələxana” türbələr komplekslərinə baxış keçirilib. Rayon ərazisində yerləşən abidələrin bərpa və konservasiyası, eləcə də turizm məqsədləri ilə istifadəsi istiqamətində atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...