spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda Şirvanşahlar dövrünə aid kəhriz sistemindən sakinlər bu gün də istifadə edir...

Şamaxıda Şirvanşahlar dövrünə aid kəhriz sistemindən sakinlər bu gün də istifadə edir – VİDEOREPORTAJ

Dərc tarixi:

Şamaxıda Şirvanşahlar dövrünə aid bir neçə tarixi abidə olan ovdan mövcuddur. Qeyri-adi tikilişə malik olan bu abidə günümüzə qədər qorunub saxlanılıb. Ən maraqlısı odur ki, əsrlər keçməsinə baxmayaraq, ovdanın içərisində olan su kəhrizindən hələ də istifadə edilir. Xüsusi memarlıq üslubunda tikilən abidə görənlərin marağına səbəb olur.

“Şamaxı TV” xəbər verir ki, Şamaxının tarixi abidələrindən sayılan ovdan rayonun Azadlıq küçəsində, şəhər sakini Xəlil Əfəndiyevə məxsus evin həyətindədir. XII-XIV əsrlərə aid olan bu tarixi abidə yerin 4-5 metr dərinliyində yerləşir, abidənin içinə enmək üçün 18 pillə mövcuddur. Pillələrin qurtaracağında kəhriz sularının toplandığı daş çarhovuz var. Ev sahibinin sözlərinə görə, 40 ilə yaxındır ki, hovuza yığılan sudan hər gün istifadə edirlər. Hələ bu zamana kimi hovuzun qurumasına rast gəlməyiblər. Mənbəyi bilinməyən, yerin altından axaraq gələn su saxsı borular vasitəsilə hovuzun içinə yığılır.

Ovdan ümumilikdə 3 otaqdan ibarətdir. Birinci otaq dördbucaqlı formada bişmiş kərpiclərlə tağ şəklində inşa edilib. Ovdanın divarları kəc məhlulu ilə hörülüb. Otağın mərkəzində kvadrat formalı daş hovuz, onun ətrafında isə insanların oturub istirahət etməsi üçün səkilər var. Çarhovuzun üstü müxtəlif cür bəzək çatma tağla örtülüb. Otağın tavanında insanların rahat nəfəs alması üçün dördkünc formada nəfəslik də var. İkinci otaq isə daş və kərpicdən inşa edilib. Bu otağın girişində, sağ və sol istiqamətdə 2 metr hündürlükdə dairəvi nəfəsliklər mövcuddur. İkinci otağın girişi ilə üz-üzə tağ formalı, sonradan daşla hörülmüş qapı var. Üçüncü otağın qapısı hörüldüyü üçün indiyədək ora girmək mümkün olmayıb.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər