spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda polis Seyfi Abdullayevlə vida mərasimi keçirilir

Şamaxıda polis Seyfi Abdullayevlə vida mərasimi keçirilir

Dərc tarixi:

Sentyabrın 19-da Füzulidə yol qəzasında həlak olan polis əməkdaşı, 1994-cü il təvəllüdlü Abdullayev Seyfi Fəqan oğlu ilə vida mərasimi keçirilib.

“Şamaxı TV” xəbər verir ki, mərhumun cənazəsi bu gün Şamaxı şəhərindəki Cümə məscidinə gətirilib və cənazə namazı qılınıb.

S.Abdullayevin meyiti daha sonra Şamaxı rayonunun Qəleybuğurd kəndinə, mərhumun ata yurduna aparılıb.

Vida mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

S.Abdullayev Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, 29 yaşlı Seyfi Abdullayev 6 ilə yaxın idi polis orqanlarında çalışırdı. Yaxınlarının “Şamaxı TV”yə verdiyi məlumata görə, Seyfi sevdiyi qızla sözlü idi və sentyabrın 22-də, onun doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.

Xatırladaq ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər