spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda Rayon İcra Hakimiyyətinin və İctimai Şuranın birgə toplantısı keçirilib

Şamaxıda Rayon İcra Hakimiyyətinin və İctimai Şuranın birgə toplantısı keçirilib

Dərc tarixi:

“Şamaxı TV” xəbər verir ki, 11 iyul 2023-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin və İctimai Şuranın birgə toplantı keçirilib.

Toplantıda rayon icra hakimiyyəti başçısı aparatının müvafiq şöbələrinin əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri, İctimai Şuranın üzvləri, aidiyyəti idarə, müəssisə rəhbərləri iştirak etdilər.
“Əhalinin sosial-məişət məsələlərinin həlli, qanunsuz tikililər, yay aylarında artan yanğınlar, sanitar epidemioloji vəziyyətin tənzimlənməsi, o cümlədən tullantıların vaxtında daşınması sahəsində icra nümayəndələri və bələdiyyə orqanlarının fəaliyyət istiqamətləri” mövzusunda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov problemləri ətraflı təhlil etməklə qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışdı.
Mövzu ətrafında müzakirələrdə rayon icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor vəzifəsini icra edən Beyrək Fərəcov, rayon icra hakimiyyəti başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arif Feyzullayev, Şəhriyar qəsəbə bələdiyyəsinin sədri Sabir Mikayılov və İctimai Şuranın sədri Eybalı Ağayev cıxış etdilər.
Bütün məsələlər təhlil edildikdən sonra rayon icra hakimiyyəti başçısı tərəfindən əlaqədar orqanlara nöqsanların aradan qaldırılması barədə tapşırıqlar verildi.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər