spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda Qrant müsabiqənin bağlanış mərasimi keçirilib

Şamaxıda Qrant müsabiqənin bağlanış mərasimi keçirilib

Dərc tarixi:

“Şamaxı TV” xəbər verir ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl Qrant müsabiqəsi qalibi olan “Yenilənən məktəb modelləri üçün müəllimin aktiv öyrənmə strategiyası” layihəsinin 26.01.2023-cü il tarixində bağlanış tədbiri keçirilib.

Qeyd edək ki, Beynəlxalq layihədə 41 müəllimdən ibarət müdavim qrupuna təlimləri Türkiyə və Azərbaycanın peşəkar təlimçiləri tərəfindən keçirilib.

Bağlanış tədbirində Türkiyə Təhsil Müşaviri Ali Riza Altunel,DŞRTİ-nin aparıcı məsləhətçi Ramiz Baloğlanov, DŞRTİ-nin Şamaxı rayonu üzrə Təhsil Sektorunu təmsil edən Ağakərim Ömərov,ADPU-nun filologiya üzrə fəlsəfə doktoru,doç Fəxrəddin Yusifov,Şamaxı rayonu üzrə məktəb direktorları,layihə müdavimləri və məktəbin müəllimləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edilib. Sonra layihənin icra prosesini təqdim edən qısa videofilm tədbir iştirakçılarına təqdim olunub.Layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Gülnurə Babaşova çıxış edərək qonaqları salamladı və layihənin icrası haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra söz Türkiyə Təhsil Müşaviri Ali Riza Altunel bəyə verildi.Çıxışında Müşavir bildirdi ki,”Son zamanlar Türkiyə Azərbaycan müəllimlərinin bir araya gələrək ortaq layihələr üzərində çalışması,iki dövlət arasındakı qardaşlıq bağını daha da möhkəmləndirir və yetişən gənc nəsilə örnək olur.Qarşılıqlı öyrənmə hər iki ölkənin təhsil sisteminə daha çox yeniliklər gətirir.Çox sevinirəm ki,bu gün Türkiyənin MEF Universiteti Azərbaycan Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə qalib olan bir layihənin gerçəkləşməsində tərəfdaş kimi iştirak edib.”


DŞRTİ-nin aparıcı məsləhətçisi Ramiz Baloğlanov isə çıxışında bildirdi ki, “Regionumuzda bu qədər qalib layihələr çərçivəsində müəllim aktivliyini və peşəkarlığını inkişaf etdirən layihələrə ev sahibliyi etməyimiz bizim üçün çox qürurverici haldır”.Daha sonra çıxış edən ADPU-nin dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Yusifov bildirdi ki,”Təlim aparmaq şərt deyil,önəmli olan bir regionda bu qədər müəllimi məlumatlandırıb,həvəsləndirmək və daha sonra onların birgə inkişafı ilə təhsilə dəstək verməkdir.”

Daha sonra söz layihə müdavimləri Jalə Xəlilova və Şəms Qambayevaya verilib.Təqdimatla çıxış edən müdavimlər təlim sırasında qazandıqları biliyin daha sonra siniflərdə tətbiqi haqqında məlumat verdilər.Bildirdilər ki,bu biliklər şagirdlərə təlimə fərqli və daha maraqla yanaşmanı təmin edir.Şagird araşdırması müsbət tərəfdən çərçivədən çıxır.

Tədbir Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin şagirdlərinin təqdim etdiyi maraqlı ifalar ilə davam edirdi.Sonda layihə iştirakçıları və təlimçilərə layihənin nömrələnmiş sertifikatları təqdim edildi və xatirə şəkli çəkildi.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...