Mərkəzi Qan Bankı tərəfindən Şamaxı rayonunda talassemiya, hemofiliya kimi irsi qan və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.
“Şamaxı TV” xəbər verir ki, Şamaxı Mərkəzi Xəstəxanasında keçirilən aksiyada müxtəlif yaş qruplarını əhatə edən rayon sakinləri könüllü olaraq iştirak etmiş və 100-dən çox nəfərdən müvafiq qaydada qan ehtiyatları götürülmüşdür.