Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsinin 20 illiyi münasibətilə “Müdrik lider, qalib sərkərdə” adlı elmi-praktiki konfrans keçirilib.
“Şamaxı TV” xəbər verir ki, konfransda ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti haqqında video çarx nümayiş etdirilmişdir.
Daha sonra konfransda çıxış edənlər Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ADPU Şamaxı filialının rektoru Tünzalə Yusifova, Şamaxı Dövlət Regional Kollecin direktoru İlham Vəliyev, Dağlıq Şirvan Regional təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Şamaxı rayon Ağsaqqallar şurasının sədri Mayıl Alıcanov və partiya veteranı Nəzakət Abdulrazaqova çıxış edərək Cənab Prezident İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündən bugünədək Azərbaycan Respublikası üçün gördüyü işlərdən, düşmən üzərində qazandığı qələbələrdən geniş söhbət açmışlar.
Sonda bir neçə gəncə təşəkkürnamə və partiya sıralarına yeni qəbul olmuş üzvlərə vəsiqələr təqdim olunmuşdur.