“Şamaxı TV” xəbər verir ki, 14 iyun 2023-cü il tarixdə Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında Şamaxı rayon İcra Hakimiyyəti və YAP Şamaxı rayon təşkilatı və birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı rayon Ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, ADPU-nun Şamaxı filialının tələbəsi Narınc Cəbrayılova və digərləri çıxış edərək qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu Öndər siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.