Şamaxı Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “ Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı tədbir keçirilib.
“Şamaxı TV” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisin rayon nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyubova, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, rayon üzrə Təhsil sektorunun müdiri Məsud Babayev, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rafael Tağızadə, müəllimlər və məktəblilər iştirak ediblər.
İlk öncə Ulu Öndərin Şamaxıya səfərlərini əks etdirən sərgiyə baxış keçirilmişdir. Daha sonra çıxış edənlər milli qürur və iftixar mənbəyimiz Ümummilli Lider Heydər Əliyevin zəngin və əvəzsiz xidmətlərindən, onun uşaqlara və gənclərə göstərdiyi diqqət və qayğıdan, onların təhsili və tərbiyəsi, vətənpərvər ruhunda yetişməsi Ulu Öndərin həmişə diqqət mərkəzində olmasından söhbət açdılar. Uşaq Səfirlər Məclisinin rayon nümayəndələri şəhər 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Əminə Şirəliyeva və şəhər 9 saylı tam orta məktəbin 10-cü sinif şagirdi Aytən Ədilova öz təqdimatlarında məclisin işinin mahiyyətindən və rayonumuzu təmsil etdikləri tədbirlərdə əldə etdikləri bilik və bacarıqlardan danışdılar.