“Şamaxı TV” xəbər verir ki, Eybalı Ağayevin sədrliyi ilə 2 may 2023-cü il tarixində Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilib və yığıncaqda bir neçə məsələlər müzakirə edilib.
Şuranın 2022-ci ildə gördüyü işlərin və həyata keçirdiyi tədbirlər barədə geniş olaraq İctimai Şuranın sədri hesabat verib.Müzakirələr işgüzar xarakter alıb.Yaşıllaşdırma aylıqlarının yekunu və qurumuş ağacların budanmasının gedişi barədə Rayon Kommunal müəssisələri birliyinin direktor müavini Məhəmmədəli Yolçuyev məlumat verib.
Rayonun şəhər, qəsəbə və kəndlərində mədəniyyət müəssisələrinin həyata keçirdikləri tədbirlər barədə Regional Mədəniyyət idarəsinin məsul işçisi Orxan Səfərovun məruzəsi dinlənilib.
Bütün müzakirə olunan məsələlərə uyğun qərar layihələri təsdiqlənib.
Yığıncağın sonunda cari məsələlərin müzakirəsi nəzərdən keçirilib.
Yığıncaqda Şuranın fəaliyyətinə və qaldırılmış problemlərin həllinə həssaslığla yanaşdıqları, məsələlərin operativ həllində əməli köməklik göstərdiklərinə görə, Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov cənablarına və aparatın məsul işçilərinə minnətdarlıq edilib.