20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir.
“Şamaxı TV” xəbər verir ki, şuranın yığıncağında Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi İctimai Şura üzvləri qarşısında duran vəzifələr barədə geniş müzakirə olunmuşdur.
Məsələ barədə Şuranın sədri Eybalı Ağayev və sədr müavini Nəzakət xanım Abdulrazaqova məruzə etmişlər.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının bütöv Azərbaycanın Prezidentliyinə namizədliyi müdafiə edilmişdir. Şuranın tərkibində olan ictimai təşkilat və birliklərinin rəhbərlərinə də təklif edilmişdir ki, başçılıq etdikləri təşkilatlarının müstəqil yığıncaqlarını keçirərək növbədənkənar Prezident seçkilərinə öz münasibətlərini bildirsinlər. Seçkilərdə əhalinin müxtəlif təbəqələrinin hamılıqla iştirakı barədə təkliflər nəzərdən keçirilmişdir. Şamaxı rayon seçicilərinin arzusu Şamaxının inkişafına daim diqqət yetirən bütöv Azərbaycanın Prezidenti İlham Əliyev cənablarına hamılıqla səs verməkdir.