Şamaxıda daha 2 məktəbin şagirdləri 2023-2024 tədris ilini yeni binada başladı.
“Şamaxı TV” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev Təhsil Nazirliyi tərəfindən inşa edilən 80 nəfərlik İkinci Cabanı kənd və 96 nəfərlik Göylər Çöl kənd modul tipli məktəblərdə təhsilalanlara yaradılan şərait ilə tanış olublar və müəllim və şagirdləri 15 sentyabr- Bilik günü münasibəti ilə təbrik ediblər.
Rayona göstərilən diqqətə və görülən işlərə görə kənd sakinləri cənab Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.