Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Şamaxı Mədəniyyət Mərkəzinin səhnəsində bu dəfə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi “Boy çiçəyi” tamaşasını nümayiş edib.
Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən “Şamaxı TV”yə bildirilib.
İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı isə Valeh Məmmədovdur.
Rollarda Əməkdar artist Nazir Rüstəmov, Əməkdar artist Azad Məmmədov, Püstəxanım Zeynalova və Zəhra Salayeva çıxış ediblər. Aktyorların ifası tamaşaçılar təfərindən böyük maraq və alqışlarla qarşılanıb.