“Şamaxı TV” xəbər verir ki, Beynəlxalq Yoqa Gününün qeyd edilməsi çərçivəsində Hindistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Sridharan Madhusudhanan Şamaxıda olub. Həmçinin tanışlıq məqsədilə keçirilən səfər zamanı cənab səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb və görüşdən sonra Şamaxı Astrofizika Rəsədxanasında Hindistan Səfirliyi tərəfindən keçirilən yoqa sessiyasının iştirakçılarını salamlayıb. Tədbirdə 140 yoqa həvəskarı iştirak edib. Yoqa sessiyası Azərbaycan Klassik Yoqa Məktəbinin müəllimi Elçin Quliyev tərəfindən keçirilib.