5 oktyabr-Beynəlxalq Müəllim Günü münasibətilə Şamaxıda tədbir keçirilib.
“Şamaxı TV” xəbər verir ki, tədbirdə Dağlıq Şirvan RTİ-nin müdiri Rövşən Əliyev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, YAP-ın Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon Təhsil Sektorunun müdiri Məsud Babayev, ATİAHİ-nin Şamaxı Rayon Komitəsinin sədri Fuad Nəsirov, şəhid valideynləri və təhsil işçiləri iştirak ediblər.
Çıxış edən natiqlər müəllimləri təbrik edərək onlara şərəfli və çətin peşələrində uğurlar arzulayıblar.