Xəbər verdiyimiz kimi, 17-18 iyun tarixlərində Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.
“Şamaxı TV” xəbər verir ki, Şamaxı şəhərində təşkil olunan tədbirin əsas hədəflərindən biri ölkəmizin, o cümlədən festivalın keçirildiyi Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
İyunun 17-də və 18-də səhər saatlarında nümayiş uçuşları olub.
Hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların aparıldığı yerə səfər edir.