Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri keçiriləcək.
“Şamaxı TV”nin məlumatına görə, yarış noyabrın 6-8-də Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular mübarizə aparacaqlar.
İdmançılar 5 kateqoriya üzrə mükafatçıları müəyyənləşdirəcəklər.