“Şamaxı TV” xəbər verir ki, ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutu tərəfindən Jan Monnet Modulu üzrə “Şərq Tərəfdaşlığının (ŞT) 2020-ci ildən sonrakı yeni siyasət məqsədləri çərçivəsində Avropa İttifaqı-ŞT davamlı əməkdaşlığı üçün potensialın gücləndirilməsi: Azərbaycan perspektivləri” mövzusunda “Regional İnkişaf” İctimai Birliyinin Dağlıq Şirvan regionundan olan könüllüləri üçün Şamaxı Yaradıcılıq Mərkəzində Avropa İttifaqına (Aİ) həsr olunmuş məlumat günü təşkil edilib.
Proqram regionda yaşayan fəal gənclərin Aİ dəyərləri, institutları, siyasi gündəliyi və gənclər üçün yaradılan imkanlar barədə məlumatlılığını artırmaq məqsədilə həyata keçirilir.
Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.