Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.
“Şamaxı TV” xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Şamaxı” “Turan Tovuz”u qəbul edəcək. Turun qapanış matçında isə “Sabah” və “Səbail” komandaları üz-üzə gələcəklər.
Xatırladaq ki, daha öncə “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” isə “Qəbələ”ylə (2:2) heç-heçəyə razılaşıb. “Neftçi” isə “Sumqayıt”ı 2:0 hesabıyla məğlub edib.
Azərbaycan Premyer Liqası
21-ci tur
6 fevral
“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Şamaxı şəhər stadionu, 14:00.
“Sabah” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov.
Masazır “Bank Respublika Arena”, 18:00.