Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb.
Xəstəxanadan “Şamaxı TV”yə bildirilib ki, tibb müəssisəsi əhaliyə əlçatan, keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə operativ qeydiyyat işinin təşkili üçün müasir şərait qurulub.
Vətəndaşların rahatlığının təmin edilməsi üçün gözləmə zonası yaradılıb və elektron lövhələr qurulub. Vətəndaşlar onlayn növbə götürərək tibbi xidmətlərdən keyfiyyətli şəkildə istifadə edə bilərlər.