“Şamaxı TV” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Şamaxı” qolkiperi Rəşad Əzizli ilə yeni müqavilə imzalayıb. Qapıçı ilə imzalanan yeni müqavilənin müddəti 1 il yarımdır.
Qeyd edək ki, komandamız daha öncə Rövşən Şahmuradov, Fuad Bayramov, Rəhman Daşdəmirov və Bahadur Həziyevlə müqavilə yeniləyib, Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanov, Əli Səmədov, Abdulla Seyidəhmədov və Ramin Əhmədovu heyətinə qatıb.
