spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər...

Şamaxıda “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər “adlı elmi-praktiki konfrans keçirilib

Dərc tarixi:

Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: qüdrətli dövlətçilik, milli inkişaf və böyük zəfər “adlı elmi-praktiki konfrans keçirilib.

“Şamaxı TV” xəbər verir ki, konfrans iştirakçıları öncə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirib.

Sonra Heydər Əliyev ilinə həsr olunmuş film nümayiş olunub.

Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Şamaxı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi s.ü.f.d dosent Cahangir Cahangirli, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d dosent Bəxtiyar Həsənov, AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstititunun aparıcı elmi işçisi t.ü.f.d dosent Sübhan Talıblı, AzadMedia.az xəbər agentliyinin redaktoru, jurnalist Ülkər Piriyeva çıxış edib.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir. Müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olmuşdur. O sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz milli sərvəti, milli tərəqqi yoludur.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...