London Escorts sunderland escorts 1v1.lol unblocked yohoho 76 https://www.symbaloo.com/mix/yohoho?lang=EN yohoho https://www.symbaloo.com/mix/agariounblockedpvp https://yohoho-io.app/ https://www.symbaloo.com/mix/agariounblockedschool1?lang=EN
spot_img
spot_img
Əsas səhifəDigərQurban Qurbanov: Oyundan-oyuna "Şamaxı" haqda xoş təəssüratlar yaranır

Qurban Qurbanov: Oyundan-oyuna “Şamaxı” haqda xoş təəssüratlar yaranır

Dərc tarixi:

“Qarabağ” Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib.

Şamaxı TV” xəbər verir ki, matçdan sonra kçeirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sualları cavablandırıb:

– Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə olundu. Daha baxımlı oynaya bilərdik. Burada oynamaq heç də asan deyil. Həm meydança, həm buranın atmosferi, havası. Dəniz səviyyəsindən xeyli yuxarıdadır. Futbolçuların daha dinamik olmasına problem yaradır. Oyundan-oyuna “Şamaxı” haqda xoş təəssüratlar yaranır. Onlara uğurlar arzulayıram.

– Heyət seçimi futbolçuların millidən yorğun qayıtması ilə bağlı idi?

– O amil də var idi. Bir neçə oyunçunun daha çox istirahət etməsini istədik. İki ağır oyun keçirmişdilər. Sonda meydanda yerlilərin sayı çoxaldı. Digər futbolçular da əsas heyətdə oynamağaayiq idilər. “Qalatasaray”la matçda hər biri özünü yaxşı tərəfdən göstərmişdi. Qarşıda da belə hallar ola bilər. Kim hazırdırsa, onu meydana buraxmağa çalışırıq.

– Millidən qayıdan futbolçularla milli mövzusunda söhbətiniz olub?

– Yox. “Şamaxı” ilə oyuna hazırlaşırdıq. Sadəcə onların yorğunluğuna görə narahat idim. Psixoloji sıxıntıları da hiss olunurdu, bir az həvəssiz idilər. İki gün əvvəl normal məşq keçdilər.

– Filip Ozobiçin oyununda düşmüş hiss olunur. Bunun səbəbi nədir?

– Hec bir psixoloji problemi yoxdur, hər şey qaydasındadır. 4 ay oynamadı. Hələ indi özünə gəlir. Bir az oyun praktikası lazımdır. Birdən-birə 90 dəqiqə meydanda olmağa tam hazır deyil. Bizim üçün hər oyun çox vacibdir. Qarşıdakı matçlarda yavaş-yavaş qaydasına düşəcək.

Millinin məşqçisi Arif Əsədov bildirib ki, futbolçular fiziki cəhətdən hazır deyillər. Bu haqda nə deyə bilərsiz?

– Fikir bildirmək istəmirəm. illər boyu bu söhbət həmişə var. Əksinə, millidən qayıdandan sonra futbolçuları əvvəlki formasına qaytarmaq üçün mənə azı 20 gün lazım olur. Oynayanlara istirahət verirəm. Oynamayanlar həm məşqlərdən, həm oyun praktikasından uzaq qalırlar. Millidən qayıdandan sonra futbolçuların hamısını eyni səviyyəyə gətirmək bizim üçün heç də asan deyil. Bu söz-söhbətlər həmişə olub. Normal şeydir.

Qapıda Amin Ramazanova şans verməməyinizin səbəbi nədir?

– Hər futbolçunu meydana buraxmaq düşüncəmiz olur. Bu gün belə qərar verdik. Amin son vaxtlar yaxşılığa doğru gedir. Daha da yaxşı olacaq.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...