“Şamaxı TV” xəbər verir ki, yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirilib.
Rayonun Cabanı kəndində keçirilən səyyar qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun təhsil, səhiyyə, mədəniyyət idarələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə, o cümlədən Şamaxıda aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri barədə kənd sakinlərinə məlumat verib.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri dinlənilərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar yerlərdə sakinlərin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.