spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərgi keçirildi

Şamaxıda Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərgi keçirildi

Dərc tarixi:

Şamaxı Yaradıcılıq Mərkəzində Azərbaycanın Xalq rəssamı, professor, Prezidentin Fərdi təqaüdçüsü Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyətinin 55 illiyinə həsr olunmuş sərgi keçirilib.

“Şamaxı TV” xəbər verir ki, sərgidə Azərbaycanın klassik nağılları, klassik şairlərin əsərləri və Azərbaycanın aşıq yaradıcılığına həsr olunmuş rəsm əsirləri nümayiş olunub.

Mədəniyyət, təhsil və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi, sənətşünas alim Ziyadxan Əliyev, Əməkdar jurnalist, ATV kanalının bədii şura sədri Etibar Babayev və “Letterpress” nəşriyyatının direktoru Cabir Əsədov yubilyarı təbrik etdilər və ona yaradıcılıq uğurları arzulayıb.

Bölgələrdə yaşayan yaradıcı gənclərin Azərbaycanın tanınmış yaradıcı simaları ilə tanış olması və işlərindən bəhrələnməsi, onların estetik tərbiyəsinə müsbət təsirin artması məqsədi ilə keçirilən bu tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər