spot_img
spot_img
Əsas səhifəDigər"Şamaxı" 20 ildən sonra rekordunu təkrarladı

“Şamaxı” 20 ildən sonra rekordunu təkrarladı

Dərc tarixi:

Azərbaycan 1-ci liqansının 2-ci turu rekord nəticə ilə əlamətdar olub. “Şamaxı” öz meydanında “Araz Saatlı”nı 8:0 hesabı ilə məğlub edib.

“Şamaxı TV” PFL-in saytına istinadən xəbər verir ki, bu, klubun tarixində bütün turnirlər nəzərə alınmaqla ən böyükhesablı qələbə rekordunun təkrarıdır. Əsası 1997-ci ildə qoyulan, tarixi ərzində “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan indiki “Şamaxı” bunadək bir dəfə 8 top fərqi ilə qalib gəlib

2003/04 mövsümündə “Xəzər Universiteti” Bakıda “Kəpəz”i eyni hesabla məğlubiyyətə uğradıb. 2003-cü il iyulun 5-də qeydə alınan nəticə 20 il 2 ay 16 gün, yəni 7383 gündən sonra təkrarlanıb.

Şamaxı şəhər stadionundakı nəticə həm də 1-ci liqada son 7 mövsümün ən böyük hesabıdır. 2016/17 mövsümündən sonra belə fərq ilk dəfə qeydə alınıb.

2016-cı il noyabrın 24-də “Səbail”lə “Bakılı” arasındakı matçda indiki kimi 8 top fərqi qeydə alınıb – 11:3. Sonuncu dəfə daha böyükhesablı qələbə isə həmin qarşılaşmadan 16 gün əvvələ təsadüf edib. “Zaqatala” öz meydanında “Energetik”i 10:0 hesabı ilə üstələyib.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər