Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-nə olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, Yevlax, Göyçay, Sabirabad, Lənkəran, Astara, Şəki, Qax, İsmayıllı, Qobustan, Qusar, Xaltan, Qrız, Bakı və Abşeron yarımadasında arabir yağış, Şahdağda isə qar yağıb.
Xidmətdən “Şamaxı TV”yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.