spot_img
spot_img
Əsas səhifəDigərVüqar Əsgərli: “Sabah”ın oyunçuları vaxt uzadırdı”

Vüqar Əsgərli: “Sabah”ın oyunçuları vaxt uzadırdı”

Dərc tarixi:

“Sabah” haqda çox şey danışmaq olar. Əla komandadır. Turnir cədvəlinin fərqli mövqelərində olsaq da, onlarla matçlarımız həmişə dinamik və maraqlı keçib”.

“Şamaxı TV” xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Misli Premyer Liqasının 32-ci turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, komandasının yenilgisini belə şərh edib: “Komandamız dinamik və maraqlı oyun sərgilədi, layiqli mübarizə apardıq, rəqibdən çəkinmədik. Təəssüf ki, ilk dəqiqələrdən həyəcan var idi və bunu boğa bilmədik. Amma qoldan sonra toparlandıq və daha yaxşı “Şamaxı” gördük. Məğlubiyyətə xal verilmir. Amma bu cür gözəl oyun və mübarizə gələcəyə ümid verir ki, Premyer Liqadakı yerimizi qoruyub-saxlaya bilərik”.

V.Əsgərli rəqib həmkarının cavabını verib: “Murad Musayev hər dəfə mətbaut konfransında qeyd edir ki, “Şamaxı”nın oyunçuları vaxt aparır, yerə yıxılırlar. Bu gün əksini gördük. Sevindirici deyil. Halbuki əllərində bu cür möhtəşəm futbolçular var. Amma “Şamaxı” gənclərdən formalaşıb. İstəyərdik ki, bizə qarşı belə hərəkətlər etməsinlər. Hakim haqda biz də çox şey danışa bilərik, amma danışmırıq. Çünki hakim də insandır, səhv edə bilər. Bugünkü hakimlik möhtəşəm idi, əla oyun apardılar. Ancaq oyuna üç dəqiqə əlavə etdilər. Halbuki “Sabah”ın bəzi oyunçuları özünü yerə atmaqla vaxt uzadırdı. Autlarda topu götürmək istəmirdilər. Amma “Sabah”a gələcəkdə uğurlar arzu edirəm”.


“Şamaxı”nın çalışdırıcısı Amil Yunanovun start heyətində yer almamasından söz açıb: “Son zamanlar Amil start heyətində yer alırdı. Düzdü, bəzən ikinci hissədə onu dəyişirdik. Amma bu da rəqibdən asılıdır. Qarşıda oyunlarımız var və Yunanov da 90 dəqiqə meydanda olacaq”.

Əsgərli hakimliklə bağlı narazılığının olmadığını söyləyib: “Bir futbolçu meydanda minlərlə səhv edirsə, hakim də robot deyil ki, insandır da. Ona görə də, hakimliklə bağlı heç bir etirazımız yoxdur. Sadəcə 3 dəqiqə artırmalı deyildi. Bir az çox olmalı idi”.

O, Premyer Liqada qalacaqlarına inandığını bildirib: “Belə durumlara çox düşmüşük. Futbolçularımız əzmkarlıq, intizam göstərərək uğursuzluq zolağından çıxmışıq. Sona 4 tur qalsa da, mübarizə aparacaq və Premyer Liqada qalacağıq”.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...