spot_img
spot_img
Əsas səhifəDigərFasilədə özümüzdə və rəqibdəki boşluqları oyunçulara izah etdik - VİDEO

Fasilədə özümüzdə və rəqibdəki boşluqları oyunçulara izah etdik – VİDEO

Dərc tarixi:

“Şamaxı TV” xəbər verir ki, “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 19-cu turunun “Səbail”lə (2:1) oyunundan sonra sualları cavablandırıb.

– İş vaxtı olsa da, bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymadılar. Şahin Diniyevin oyun fəlsəfəsinə yaxşı bələd idik. Antalyada bir neçə oyunlarını izləmişdik. Qısa müddətdə fəlsəfəsini futbolçularına aşılaya bilib. Bizi çətin oyun gözlədiyini yaxşı anlayırdıq. Buna baxmayaraq, futbolçularımız hər iki hissədə əzmkarlıq göstərdi. Doğrudur, ilk yarıda tələskənlik hiss edilirdi. Qələbə qazandıq, futbolçuları təbrik edirəm. Vacib üç xal idi. Gələcəkdə “Səbail”ə uğurlar arzulayıram. “Qarabağ”la oyuna hazırlaşacağıq.

– Fasilədə futbolçularınıza nə dediniz?
– Bəlli oyun planımız var idi, hər iki hissədə fərqli oynamaq istəyirdik. Oyun gedə-gedə dronla çəkiliş edirik. Fasilədə bəzi kadrları futbolçulara göstərdik və həm özümüzün, həm də rəqibin boşluqları izah etdik. Həmin boşluqlardan istifadə edə bilirdik, amma davamı gəlmirdi. Belə oyunlarda önəmli olan standart vəziyyətlərdir. Ümumilikdə yaxşı hazırlaşmışdıq. Qol vurduq, amma qol da buraxdıq.

– Qışdan əvvəlki “Şamaxı” ilk yarını belə oynamazdı. Nə baş vermişdi?
– Bayaq dediyim kimi, tələskənlik var idi. İnanın, bu cür komandalara qarşı oynamaq çox çətinlik yaradır. Çünki təcrübəli, keyfiyyətli, sürətli oyunçulara sahibdirlər. Hər şeyə rəğmən qol buraxdıqdan sonra toparlandıq və nəticədə qalib gəldik.

– Yeni transferlər olacaq?
– Axtarışlarımız davam edir. Bir-iki mövqe var, çatışmazlıqlar hiss olunur. Gənc, perspektivli oyunçular axtarırıq. Danışıq apardıqlarımız var. Allah qoysa, alınar. Alınmasa da, bu heyətlə davam edəcəyik.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...