Füzuli rayonunda yol qəzasında həlak olan polis əməkdaşı Məmmədov Rasim Oqtay oğlunun nəşi Bakıda yaşadığı ünvana gətirilib.
“Şamaxı TV” “Qafqazinfo”ya istinadən xəbər verir ki, onunla Xətai rayonunda yerləşən evində vida mərasimi keçirilib.
R. Məmmədov 1987-ci ildə Bakıda anadan olub. Ailəli olub, 2 övladı var.
Qeyd edək ki, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Rasim Məmmədov həyatını itirib.