Millət vəkili Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.
Bu barədə “Şamaxı TV”yə Mərkəzi Klinikanın Mətbuat xidmətindən məlumat verilib.
“Kompleks müayinə və müalicə tədbirləri aparılır. Ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir”,- məlumatda qeyd olunub.
Qeyd edək ki, millət vəkilinin səhhəti ilə bağlı məsələlər ilk gündən Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Heydər Əliyev Fondunun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədən konsultasiyaya cəlb edilmiş həkim mütəxəssisləri ilə daim əlaqədədir.