spot_img
spot_img
Əsas səhifəDigər“Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək

“Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək

Dərc tarixi:

“Qarabağ” Türkiyənin “Qalatasaray” komandası ilə xeyriyyə oyununun keçirilməsi təşəbbüsü ilə çıxış edib. “Şamaxı TV” qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib.

O, qardaş ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə bu təşəbbüsü irəli sürdüklərini söyləyib. Klub direktorunun sözlərinə görə, hazırda matçın Bakıda təşkili ilə əlaqədar tərəflər arasında danışıqlar gedir. “Bu oyun planlaşdırılır. Amma matçın tarixi və rəqibin səfər proqramı dəqiqləşməyib. Hər şey dəqiqləşdikdən sonra məlumat verəcəyik”.

E.Çelikelin sözlərinə görə, xeyriyyə matçı ilə əlaqədar “Qalatasaray”ın Almaniya və “Ferensvaroş” da daxil olmaqla Macarıstan klubları ilə danışıqları olub. Lakin “Qalatasaray” “Qarabağ”la oyun keçirməyə üstünlük verib.

Qeyd edək ki, bu matçın mart ayında milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər