Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün turnirin qrup mərhələsində növbəti matçına çıxacaq.
“Şamaxı TV” xəbər verir ki, Azərbaycan çempionu Almaniyanın “Bayer” klubunun qonağı olacaq.
Leverkuzendə, “BayArena”da keçiriləcək oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Avropa Liqası
H qrupu
26 oktyabr
23:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Horatiu Feşniç (Rumıniya)
Leverkuzen. “BayArena”.
***
Komandaların start heyətləri açıqlanıb:
“Bayer”: 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral Bayramov, 18. Juninyo Olavio
***
Matç başladı.
***
4-cü dəqiqədə “Bayer” hesabı açdı. Florian Virts fərqlənir – 1:0
***
16-cı dəqiqədə “Qarabağ” penaltidən hesabı bərabərləşdirir – 1:1. Toral Bayramov onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirir.
***
29-cu dəqiqədə meydan sahibləri yenidən hesabda önə keçir. Alexandro Qrimaldo topu təmsilçimizin qapısından keçirir – 2:1.
***
“Bayer” 36-cı diqəqə 3-cü qolu vurur. Viktor Bonifase – 3:1
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Qrimalda 54-cü dəqiqədə dubl edir – 4:1
***
Tapsobe 5-ci qolu “Qarabağ”ın qapısından keçirir.
***
Oyun “Bayer”in 5:1 hesablı qələbəsi ilə başa çatdı.