London Escorts sunderland escorts 1v1.lol unblocked yohoho 76 https://www.symbaloo.com/mix/yohoho?lang=EN yohoho https://www.symbaloo.com/mix/agariounblockedpvp https://yohoho-io.app/ https://www.symbaloo.com/mix/agariounblockedschool1?lang=EN
spot_img
spot_img
Əsas səhifəDigərATU-nun professoru Arif Əfəndiyevin - 80 illik yubileyi

ATU-nun professoru Arif Əfəndiyevin – 80 illik yubileyi

Dərc tarixi:

Azərbaycan Tibb Universiteti Bioloji kimya kafedrasının məsləhətçi-professoru – əməkdar müəllim, biologiya elmləri doktoru, professor Arif Mustafa oğlu Əfəndiyevin 80 yaşı tamam olub.

“Şamaxı TV” xəbər verir ki, bu münasibətlə ATU-da tədbir keçirilib.

A.M.Əfəndiyev 1943-cü ilin yanvar ayının 1-də Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mustafa Məhyəddin oğlu ixtisasca mühəndis – neftçi idi, keçən əsrin 30-cü illərində Stalin repressiyasının ölkədə tüğyan etdiyi dövrdə əsassız respresiyaya uğradılaraq, kommunist partiyası üzvlüyündən azad edilmiş və çox sevdiyi neft sənayesi əməkdaşlığından ayrılaraq, həyat yoldaşı Səkinə xanımla birgə Şamaxı rayonuna köçmüş, bir müddət ailəsi ilə birlikdə Səkinə xanımın baş həkim vəzifəsində işlədiyi Çuxuryurd kəndində yaşamışdır.

Nəhayət, 1946-cı ildə Mustafa Əfəndiyevin günahsızlığı sübuta yetirilmiş və o, yenidən Bakı şəhərinə köçərək, neftçıxarma idarəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir.

Arif Əfəndiyev ilk təhsilinə 1949-cu ildə Bakı şəhərindəki 6 №-li orta mək¬təbdə başlamışdır və 1959-cü ildə orta məktəbi əla qiymətlərlə bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun (indiki Azərbaycan Tibb Universiteti – ATU) Əczaçılıq fakültəsinə daxil olmuşdur.

A.M.Əfəndiyev tələbəlik illərində əla qiymətlərlə oxumaqla bərabər, elmi-tədqiqat işlərinə də böyük maraq göstərirdi. Buna nəzərə alan institut rəhbərliyi 1964-cü ildə ali təhsilini başa vuraraq «əczaçı» ixtisası almış Arif müəllimi elə institutun özündə – bioloji kimya kafedrasında işlə təmin etmək haqqında qərar vermişdir və o, həmin ildən adı çəkilən kafedranın baş laborantı vəzifəsində əmək fəaliyyətinə başlamış, 1966-cı ildə isə aspiranturaya qəbul edilmişdir. Həmin illərdə Arif müəllim kafedrada əvəzçilik üzrə tədris işəlri ilə də məşğul olurdu. 1969-cu ildə aspiranturada təhsil müddəti başa çatan A.M.Əfəndiyev Bioloji kimya kafedrasının assistenti vəzifəsinə qəbul edilmişdir.

Qeyd etmək istərdik ki, Arif müəllimin hələ baş laborant vəzifəsində işləyərkən apardığı elmi-tədqiqat işinin nəticələrinə əsasən yazdığı ilk məqaləsi “Azərbaycan Elmlər Akademiyasının Məruzələri” kimi nüfuzlu elmi jurnalda çap edilmişdir. O, aspiranturada təhsil aldığı dövrdə elmi işlərini xronik iltihabi xəstəliklərin müalicəsində tətbiq edilən pirogen xassəli (qızdırma törədən) dərman vasitələrinin təsir mexanizmlərinin öyrənilməsinə həsr etmiş və 1970-ci ildə «Askorbin turşusu sintez edən (dovşanlar) və sintez etməyən (dəniz donuzları) heyvanlarda pirogenalın C vitamini mübadiləsinə və qan serumunun zülal tərkibinə təsiri» mövzusunda dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Arif müəllim 1974-cü ildən kafedranın dosenti vəzifəsinə seçilmiş, 1981-1984-cü illərdə kafedranın müdiri vəzifəsini icra etmişdir.

1984-cü ildə aparılan təhsil islahatı ilə əlaqədar olaraq, bioloji kimya kafedrası üzvi kimya kafedrası ilə birləşdirilmiş və Arif müəllim bundan sonrakı bir neçə il ərzində «Bioüzvi və bioloji kimya» kafedrası adı altında fəaliyyət göstərən kafedranın dosenti vəzifəsində çalışmış və kafedranın tədris işləri üzrə müdir müavini vəzifəsini icra etmişdir. Həmin illər ərzində intensiv elmi-tədqiqat işləri aparan Arif müəllim 1986-cı ildə doktorluq dissertasiyası üzərində işini tamamlayaraq, Moskvada SSRİ Tibb Elmləri Akademiyasının ET Qidalanma Institutunun nəzdindəki dissertasiya şurasında müdafiə etmişdir.

Qeyd etmək lazımdır ki, A.M.Əfəndiyevin «Polien antibiotiklərinin böyrəklərdə və qanda prostaqlandin mübadiləsinə, lipidlərin peroksidləşmə yolu ilə oksidləşməsinə və orqanizmin antioksidant sistemi fermentlərinin aktivliyinə təsirinin yaş xüsusiyyətləri və onların korreksiya üsulları» mövzusunda doktorluq dissertasiyasının əsas müddəalarını əhatə edən elmi məqalələrin əksəriyyəti xarici ölkələrin nüfuzlu elmi jurnallarında çap edilmişdir. O, dəfələrlə müxtəlif ölkələrdə (Yuqoslaviya, Almaniya, Niderland və s.) keçirilən elmi qurultay və konfransların nümayəndəsi olmuş və dərinməzmunlu elmi məruzələrlə çıxış etmişdir.

Onun elmi məqalələri bir sıra inkişaf etmiş ölkələrin (ABŞ, Ingiltərə, Niderland, Çexiya, Bolqarıstan, Yuqoslaviya və s.) alimlərinin elmi marağına səbəb olmuş, həmin ölkələrdən bu elmi işlərin müştərək davam etdirilməsi haqqında təkliflər alınmışdır və bunun sayəsində bioloji kimya kafedrası ilə bir sıra xarici ölkələrin nüfuzlu elmi mərkəzlərinin əməkdaşlığı bu gün də davam edir.

A.M.Əfəndiyev 1987-ci ildə fəaliyyətini yenidən sərbəst surətdə davam etdirən Bioloji kimya kafedrasının müdiri vəzifəsinə seçilmişdir və indiyə qədər bu vəzifədə çalışır. O, 1989-cu ildə professor elmi adı almışdır. A.M.Əfəndiyev 1988-1990-cı illərdə I müalicə-profilaktika və 1992-1994-cü illərdə əczaçılıq fakültəsinin dekanı vəzifəsində işləmişdir. Arif müəllim Bioloji kimya kafedrasına rəhbərlik etməklə bərabər, həmin kafedranın nəzdində fəaliyyət göstərən Problem elmi-tədqiqat laboratoriyasına da rəhbərlik etmişdir.

Hazırda prof. A.M.Əfəndiyevin elmi tədqiqatlarının əsas istiqaməti xronik böyrək çatışmazlığı və müxtəlif mənşəli osteoporozlar zamanı orqanizmdə baş verən dəyişikliklərin biokimyəvi mexanizmlərinin tədqiqinə yönəlmişdir. Bu gün kafedrada çalışan əməkdaşların əksəriyyəti elmi-pedaqoji kadr kimi məhz Arif müəllimin rəhbərliyi ilə yetişən şəxslərdir. Onun rəhbərliyi altında indiyə qədər 33 namizədlik (fəlsəfə doktorluğu) və 3 doktorluq dissertasiyası işlənərək müdafiə edilmişdir.

Arif müəllimin qələmindən 220-dən artıq elmi əsər, o cümlədən dərsliklər, dərs vəsaitləri çıxmışdır. O, daim biokimya fənninin tədrisinin keyfiyyətcə yaxşılaşdırılmasına, tələbələrin yüksək səviyyəli dərsliklər və dərs vəsaitləri ilə təmin edilməsinə çalışır. Arif müəllim 1974 və 1989-cu illərdə iki dəfə çap edilmiş əsaslı “Bioloji kimya” dərsliyinin, 2002-2010-cü illərdə 3 dəfə çapdan çıxmış 4-cildlik «İnsan biokimyasının əsasları» (həmin kitab 2015-2016-cı illərdə yenidən işləni¬lərək 2 cilddə çap edilmişdir), 2007-ci ildə çap edilmiş «Klinik və patoloji biokimya» dərsliklərinin həmmüəlliflərindən biridir.

Bunlardan əlavə, Arif müəllim işlədiyi kafedranın əməkdaşları ilə bi¬likdə Azərbaycan və rus dillərində praktik dərs vəsaitləri, həmçinin 21 tədris-metodik vəsait yazıb çap etdirmişdir. O, rəhbərlik etdiyi kafedranın əməkdaşları ilə birgə Azərbaycan Respubikası Prezidenti yanında Elmin Inkişafı Fondunun 2010-cü ildə elan etdiyi ilk müsabiqənin qalibi olmuşdur. Bunun sayəsində Elm Fondunun ayırdığı qrant kafedranın müasir tipli analitik aparat¬larla təmin edilməsinə sərf edilmiş və burada müasir səviyyədə elmi-tədqiqat aparılmasına şərait yaranmışdır. 2017-ci ildə Biokimyaçıların Türkiyədə keçirilən Beynəlxalq qurultayında Azərbaycanda biokimya fənninin tədrisi barəsində məruzə ilə çıxış edib.

Prof. A.M.Əfəndiyev 2000-ci ildə Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş «Biokimyanın tədrisi» komissiyasının MDB ölkələrindən seçilmiş yeganə üzvüdür. O, uzun müddət respublika biokimyaçılar cəmiyyətinin elmi katibi vəzifəsini yerinə yetirmişdir.

Arif müəllimin fədakar əməyi ölkəmizin dövlət rəhbərliyinin də diqqətindən yayınmamışdır və o, 1984-cü ildə “SSRİ Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmiş, 2010-cü ildə «əməkdar müəlllimi» fəxri adına layiq görülmüşdür.
Arif müəllim elə indi də böyük səylə elmi yaradıcılığını və pedaqoji fəaliyyətini davam etdirir.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...