AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlamasında Premyer Liqada komanda sayının artırılmadığını bildirib: “Xeyr, Premyer Liqada komanda sayı artırılmayıb. Bu məsələ əvvəldən də nəzərdə tutulmamışdı, gündəmdə də yox idi. Ola bilər, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. “Şamaxı” sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. “Araz Naxçıvan” isə Premyer Liqada mübarizə aparacaq”.
Qeyd edək ki, S.Hacıyevdən əvvəl E.Məmmədyarov jurnalistlərə açıqlamasında yeni mövsüm Misli Premyer Liqasında 12 komanda mübarizə aparacağını deyib. O bildirib ki, 2022/23 mövsümündə sonuncu olan “Şamaxı” Premyer Liqada qalacaq. Eləcə də “Araz Naxçıvan” və “Zaqatala” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.